10 May 15:36
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və İraqın şimalında keçirilən əməliyyatlarda 17 PKK terrorçusu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. Qəhrəman Türk Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk, Qara və “Pəncə-Kilid” əməliyyatı bölgələrində aşkarlanan 10 PKK terrorçusunu, Suriyanın şimalındakı “Zeytun Budağı və “Sülh Çeşməsi” bölgələrində isə 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - açıqlamada deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu