10 May 16:36
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ-nin hərbi yardımının gəlməsinə qədər olan vaxtdan istifadə edərək, yaxın bir neçə həftə ərzində Ukraynaya quru və havadan hücumları gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.

Mənbələr telekanala bildiriblər ki, Rusiya ABŞ-nin hərbi yardım paketini təsdiqləməsi ilə onun cəbhəyə faktiki gəlişi arasındakı vaxtdan maksimum istifadə etməyə çalışır.

Həmsöhbətlər etiraf ediblər ki, yardımın təsdiqinin gecikməsi Ukrayna üçün həm insan, həm də ərazi baxımından real itkilərə səbəb olub.

İndi Qərb və Ukrayna rəsmilərinin dediklərinə görə, ruslar yayın əvvəlində genişmiqyaslı hücum planlaşdırır.

Amerikalı zabitlərdən biri Ukraynanın yaxın həftələr üçün perspektivlərini belə qiymətləndirib: “Ən yaxşı ssenari hazırkı cəbhə xəttini saxlamaqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu