10 May 23:27
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc yazıçı Murad Muradov vəfat etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun yaxın dostları sosial şəbəkədə məlumat yayıblar.

Qeyd olunub ki, bir neçə gün əvvəl yazıçı komaya düşüb. Koma vəziyyətində Quba Diaqnostika Mərkəzinə yerləşdirilən Murad Muradov hazırda süni nəfəs aparatına qoşulub. Vəziyyəti ağır qiymətləndirilir.

Muradın təzyiqi kəskin düşəndə ailə üzvləri onun vəfat etdiyini zənn ediblər. Həmin ərəfədə də ailə üzvləri tərəfindən yazıçı İlham Əzizə onun vəfat etdiyi bildirilib. İlham Əziz isə xəbəri sosial şəbəkədə ictimailəşdirib.

***

18:24

Gənc yazıçı Murad Muradov vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yazıçı İlham Əziz məlumat verib.

Qeyd edək ki, gənc yazıçı yaxın günlərdə insult keçirib və xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com