10 May 14:28
5 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuriyyətinin 100 illiyinin qiyam məhsulu olan Konstitusiya ilə keçirilməsini türk demokratiyasına yaraşdırmırıq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mümkün Konstitusiya dəyişikliyi barədə danışarkən deyib.

“Etdiklərimiz və edə bilmədiklərimiz fonunda islahat iradəmizi hələ də diri saxlayırıq. Türkiyə gələcəyini ancaq daha çox demokratiya, daha çox iqtisadi rifah və paralel olaraq, daha çox təhlükəsizlik üzərində qura bilər. Təhlükəsizlik güclü demokratiyanın təminatı, demokratiya da təhlükəsizliyin əsasıdır”, - prezident bildirib.

Ərdoğan Konstitusiya dəyişikliyinin zəruri olduğunu vurğulayıb:

“Ölkəmizə sivil cəmiyyət tərəfindən hazırlanan yeni Konstitusiya qazandıra bilmədik. Bu anlayış bizim yeni və sivil Konstitusiya təklifimizə daxildir. Cümhuriyyətimizin 100 illiyinin qiyam məhsulu olan Konstitusiya ilə keçirilməsini türk demokratiyasına yaraşdırmırıq. Bu əskikliyi milli iradə ilə aradan qaldırmaq həm demokratiyamızı gücləndirəcək, həm də Türkiyə siyasətində yeni bir mərhələ olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu