10 May 17:04
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin bölmələri Ukraynanın Donetsk vilayətinin Novokalinovo kəndini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Uğurlu əməliyyatlar nəticəsində “Mərkəz” qoşun qruplaşmasının bölmələri Donetsk Xalq Respublikasının (qondarma – red.) Novokalinovo kəndini azad edib, Ukrayna Silahlı Qüvvələrinin 12 briqadasının birləşməsi darmadağın edilib, Semenovka, Solovyevo, Oçeretino və Netaylovo yaşayış məntəqələri ərazilərində düşmənin 48 əks-hücumunun qarşısı alınıb”, - açıqlamada deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu