10 May 12:29
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda mitinq keçirən revanşist keşiş Baqrat Qalstanyan aksiyaya qatılanların sayı ilə bağlı yalan məlumat yayır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Haykakan Jamanak” qəzeti yazır.

Qalstanyan jurnalistlərə bildirib ki, onun rəhbərlik etdiyi hərəkatın dünənki mitinqində 120-130 min insan iştirak edib.

“Məlumatlı Vətəndaşlar Birliyi”nin açıqladığı hesabata görə, “Respublika” meydanı və ətraf ərazilərdə 31 min 700-ə yaxın insan olub.

Rusiya dövlət agentliyinin (RİA Novosti) məlumatına görə, mitinqdə 20 min insan iştirak edib.


Müəllif: Mənsur Rəğbətoğlu