10 May 21:19
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyindən müalicə olunan Şahzadə Keyt Middltonun vəziyyəti yaxşıdır.

Teleqraf.com "Sky News"-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya taxt-tacının varisi Şahzadə Uilyam Müqəddəs Meri adasındakı Hyu Taun xəstəxanasına səfəri zamanı deyib.

Yanvar ayında Uels şahzadəsi London klinikalarından birinə yerləşdirilib. Elə həmin gün əməliyyat olunub. Kral ailəsi rəsmilərinin sözlərinə görə, əməliyyat planlaşdırılıb. Daha sonra mənbə bildirib ki, Şahzadə Uilyamın həyat yoldaşı evdə sağalmağa qərar verib. Martın 22-də Keyt Middleton hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələlərini keçdiyini açıqlayıb.


Müəllif: Pərvin Cəfərova