10 May 18:10
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Rusiya, MDB və Avrasiya İqtisadi Birliyi ilə əlaqələr olmadan inkişaf edə bilməz.

Teleqraf.com xəbər verir ki, bunu moldovalı deputat Marina Tauber deyib.

“Ölkəmizin Rusiya Federasiyası, MDB və Avrasiya İqtisadi Birliyi ölkələri ilə əlaqələri olmadan inkişafı sadəcə olaraq mümkün deyil. Bizi necə təhqir etsələr də, təzyiq göstərməyə çalışsalar da, yenə də bu mübarizəni davam etdirəcəyik, çünki bu, siyasi mübarizə deyil, Moldova Respublikasının rifahı və inkişafı uğrunda mübarizədir”, - rusiyapərəst deputat bildirib.

Tauber Moldova vətəndaşlarının Rusiyadan dəstək gözlədiklərini iddia edib.

Deputat vurğulayıb ki, Rusiya ilə Moldova arasında bu illər ərzində qurulan münasibətlər ABŞ və Avropanın onu sürüklədiyi dərin böhrandan xilas edəcək.

“İndiki vəziyyətimiz dağıdıcıdır. Bizi başqa ölkəyə (Rumıniya ilə birləşmə ideyası var – red.) ilhaq etmək, kimliyimizi əlimizdən almaq, yox olmağımızı istəyirlər. Amma ölkəmizin insanları bunu istəmirlər”, - Tauber vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu