Kamerunda yerləşən "Palais d'Etoudi" adlanan Prezident sarayına oğru girib.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə iyunun 15-dən 16-na keçən gecə baş verib.
Oğru sarayda prezident Paul Biyanın və Nazirlər Kabinetinin direktoru Samuel Mvondo Ayolonun ofisinə girib. Hadisə zamanı bir neçə nöqtədə şüşə qırıqlarının olduğu müəyyən edilib. Oğurluq baş verən zaman saraydakı təhlükəsizlik kameralarının işləməməsi ölkədə müzakirə mövzusuna çevrilib.