8 İyul 21:46
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Komissiyası koronavirus pandemiyasının tuğyan etdiyi dövrdə Almaniyanın Lufthansa hava yolları şirkətinə verdiyi 6 milyard avroluq dövlət yardımı ilə bağlı araşdırmaya başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Komissiyası açıqlama yayıb.

Verilən açıqlamaya görə, AK ayrılan yardımın Avropada rəqabət qaydalarına uyğun olub-olmadığını araşdırır.

Lufthansa hava limanı pandemiya səbəbindən müflis olmaq üzrə idi. Almaniya hökuməti 6 milyard avro, Avstriya, Belçika və İsveçrə hökumətləri isə ümumilikdə 3 milyard avroluq xilasetmə paketi təqdim etməklə şirkəti iflasdan qoruyub.

Şirkət pandemiyadan sonra istifadə etdiyi yardımı geri qaytarıb.


Müəllif: Arzu

Oxşar xəbərlər