Aktrisa Ülviyyə Xəlilbəyli Türkiyədə “Yalı çapkını” serialında rol alması barədə sualları cavablandırıb.
Teleqraf.com xəbər verir ki, aktrisa ekran işində rol alarkən müqavilə imzaladığı və ona danışma qadağası qoyulduğunu bildirib:
“Mənə gələn sualların 80 faizi “Yalı çapkını” ilə bağlıdır. Əslində ürəyim doludur, danışardım, amma müqaviləyə imza atmasaydım. Bir onu deyə bilərəm ki, aktrisalardan birinin eqosu, hər kəsi alçaltması, mədəniyyətsiz davranışları və ikrah hissi oyadacaq dərəcədə iyrənc söyüşlə danışığına üzüldüm”.