ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp səlahiyyətlərinə 2025-ci il yanvarın 20-də başlayacaq, lakin buna baxmayaraq, o, indidən beynəlxalq münasibətlərə təsir etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bloomberg agentliyində qeyd edilən yazıda bildirilir.
Agentlik keçmiş rəsmilərdən birinə istinadla yazır ki, gələcək prezident beynəlxalq münasibətlərdə Co Baydendən daha sərt hesab olunacaq. Nəşr qeyd etdiyinə görə, bu səbəbdən ABŞ opponentləri əvvəlcədən öz siyasətlərini dəyişməyə başlaya bilərlər.
Yazıda qeyd edilir ki, Amerikadakı yeni dəyişikliyə ən həssas yanaşan ölkələr Ukrayna və İsraildir.
"Vaşinqtonda siyasi ekspert Şelbi Magid düşünür ki, Trampın qələbəsi Ukraynanın hazırkı ritorikası və onun danışıqlara baxışını dəyişəcək. O qeyd edib ki, Ukrayna Trampın qələbəsindən sonra danışıqlar variantının reallıq olduğunu qəbul etməyə doğru irəliləyir", -deyə bildirilir.
Bloomberg yazır ki, İsrailə gəlincə, Trampın qələbəsi Yaxın Şərq münaqişəsinə yanaşmada Benyamin Neteanyahunu daha da gücləndirdi.