12 Noyabr 08:54
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Sazişi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov, "Qazaxıstan Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev və “Xi’an Free Trade Port Consruction and Operation Co Ltd”nin baş direktoru Yuan Xiaojun imzalayıb.

Layihə çərçivəsində Ələt qəsəbəsində yerləşən Bakı Limanının ərazisində 40 hektarlıq sahədə İntermodal Yük Terminalının infrastrukturunun yaradılması və inkişafı nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər