Finlandiya Ukraynaya işlənmiş avtomobillər də daxil olmaqla, təxminən 80 min avro həcmində yardım göndərəcək.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Helsinki meriyası məlumat yayıb.
“Ukraynaya yardımın göndərilməsi bizim Ukrayna xalqı ilə əməkdaşlığa sadiqliyimizə güclü siqnaldır”, - Helsinki meri Yuhana Vartiaynen qeyd edib.