12 Noyabr 13:05
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da oyuncaq qutularının arxasında seksual məzmunlu vebsaytın ünvanı çap edilib.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən oyuncaq şirkəti “Mattel” yeni çıxan filmə uyğunlaşdırılmış oyuncaq qutularının arxasında seksual məzmunlu saytın linkini yerləşdirib.

Qutunun arxasında yazılmış sayta daxil olan valideynlər gözlərinə inanmayıblar. Qəzəbli valideynlər məlumatı sosial mediada paylaşıblar. Şirkət bunun çap səhvi olduğunu deyərək, üzr istəyib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər