Rusiya aviaşirkətləri Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq bir ay ərzində Moskva vaxtı ilə saat 1:00-dan 7:00-a qədər İsrailə uçuşları dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb .
İsrailə uçuşlar üçün yeni tövsiyələr noyabrın 11-dən qüvvədədir.
Oktyabrın 1-də Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviadaşıyıcılarına İran, İraq və İsrail üzərində uçuşlar keçirməməyi tövsiyə edib . Bu qərara səbəb uçuşların təhlükəsizliyinə təhdidlər olub.