12 Noyabr 16:52
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda keçirilən COP29 çərçivəsində zimbabveli həmkarı Emmerson Mnanqaqva ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşün görüntülərini “Pul First” teleqram kanalı yayıb.

Mnanqaqva Belarus liderini kiçik qardaşı adlandırıb və onu uşaqla müqayisə edib.

“Mənim 82 yaşım var, ona görə də sizə baxanda, cənab prezident, mən sizdə gənc, gənc, gənc qardaşımı görürəm”, - Mnanqaqva deyib.

O, həmçinin qeyd edib ki, Belarus rəhbəri onunla müqayisədə “cavan oğlan, uşaq” kimi görünür. Lukaşenko cənubda yaşayan insanları tərifləməklə cavab verdi və qeyd etdi ki, onlar şimallılarla müqayisədə "daha aktiv və sağlamdırlar".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər