12 Noyabr 19:35
214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının C Divizionunda Estoniya və İsveç yığmalarına qarşı keçirəcəyi oyunlara hazırlığı davam etdirir.

Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kollektiv bu gün baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında Qəbələdə növbəti məşqinə çıxıb.

Hazırlıq prosesində bütün futbolçular iştirak ediblər.

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya seçməsini qəbul edəcək Azərbaycan millisi bundan 3 gün sonra Solna şəhərində İsveç yığmasının qonağı olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər