12 Noyabr 08:49
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Rostov vilayətinin Semikarakorsk rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində altı nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-nə keçən gecə baş vermiş yanğın saat 05:25-də (Bakı vaxtı ilə 06:25) tam söndürülüb.

“6 nəfər həlak olub”, – mətbuat xidməti vurğulayıb.

Qeyd olunub ki, yanğının söndürülməsi üçün Rusiya FHN-dən şəxsi heyətdən 11 nəfər və 4 texnika cəlb edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər