12 Noyabr 13:33
4 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər pis yuxuların beynin fəaliyyətinə mənfi təsirini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, yeni araşdırma tez-tez görülən kabusların demans riski ilə əlaqəli ola biləcəyini ortaya qoyur.

Araşdırmanın əvvəlində iştirakçılara nə qədər tez-tez pis yuxular gördükləri ilə bağlı suallar verilib. Məlumatların təhlili nəticəsində araşdırmanın əvvəlində kabus görənlərin sonrakı illərdə daha sürətli koqnitiv geriləmə yaşadıqları və demans diaqnozu qoyulduğu müşahidə edilib. Ancaq təkrarlanan kabusların müalicə edilə biləcəyi də vurğulanır.

Gələcək tədqiqatların məqsədlərindən biri
yuxu görmə tezliyi və yuxuların nə qədər canlı olması kimi digər yuxu xüsusiyyətlərinə əsasən hansı xəstəlikləri artırdığını və onun müalicəsini araşdırmaqdır.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər