12 Noyabr 14:04
1 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dəstəyini alan bir qrup ölkə Vaşinqtonun bu siyasətinin Donald Trampın prezidentliyi dövründə də davam edəcəyinə ümidlidir. Bu, özünü ilk növbədə Rusiya-Ukrayna müharibəsində göstərəcək.

Teleqraf.com xəbər verir kız bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Trampın yaxın ətrafından birinin “Ukrayna Krımı unutmalıdır” açıqlaması Kiyev üçün həyəcan təbili çalmaq üçün əsasdır:

"Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının olub-olmaması da son günlərin müzakirə predmetidir.

Vaşinqtonun ənənəvi siyasətinə ümid edənlərdən biri Tayvandır. Adanın “xarici işlər nazirinin müavini” Fransua Vu ümid etdiyini bildirib ki, Trampın rəhbərliyi altında Vaşinqton Tayvanla əməkdaşlığını əvvəlkitək davam etdirəcək.

Yarımkeçiriclərin istehsalına görə Tayvan lider ölkələrdəndir. Tayvan yarımkeçiriclərin 60 və qabaqcıl çiplərin 90 faizindən çoxunun istehsalına görə dünya lideridir. Tayvan Vaşinqtonun bu sahədə ada ilə əməkdaşlığını davam etdirəcəyinə arxayındır. ABŞ-ın yarımkeçiricilər və çiplərə ehtiyacı var.

Tayvan yarımkeçiriclər və çiplər sahəsində ABŞ-la əməkdaşlığın davamına ümid etməklə yanaşı, əsl istəyi hərbi əməkdaşlığın davamıdır. Tayvan rəhbərliyi Çinin adanı nəzarətə götürmək istəyindən narahatdır. Çin lideri Si Cinpin gec-tez Tayvanın ölkəsinə birləşdiriləcəyini gizlətmir. Cinpin Tayvanı Çinin tarixi ərazisi hesab edir.

Tayvan son səkkiz ildə müdafiə xərclərini iki dəfə artırıb. Tayvanın ABŞ-dan sifariş etdiyi silahlar və hərbi texnika var ki, hələ adaya çatdırılmayıb. Tayvan ABŞ-dan F-35 hərbi təyyarələrini alacağına ümidlidir. Bundan başqa, Tayvan rəhbərliyi Vaşinqtonun adanı Çindən qoruyacağını gözləyir.

Tayvanın narahatlığı üçün əsası var. Birincisi, Pekin ada ətrafında hərbi təlimlərin miqyasını genişləndirib. Ada ətrafında üzən Çin hərbi gəmiləri və patrul uçuşları həyata keçirən hərbi təyyarələrin sayı artıb. İkincisi, Tayvan rəhbərliyi Trampın Ağ Evin keçmiş sahibləri kimi adaya hərtərəfli dəstək verəcəyinə tam arxayın deyil. Əsas şüarı “ilk növbədə Amerika” olan Tramp ölkəsinin xərc tələb edən təhlükəsizlik layihələrini yenidən nəzərdən keçirə bilər. Təsadüfi deyil ki, ABŞ-ın Sakit okeandakı Hərbi Hava Qüvvələrinin komandanı general Kevin Şnayder deyib ki, regiondakı problemlər Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası üçün əsas sınaqlardan biri olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər