Dünya birjalarında neftin ucuzlaşması davam edir.
Teleqraf.com xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,20 dollar azalaraq 71,63 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,24 dollar azalaraq 67,80 dollar təşkil edib.