Yaponiyanın baş naziri Siqeru İsiba parlamentin onun yenidən hökumət başçısı seçilməsi ilə bağlı səsvermə iclası zamanı yuxuya gedib.
Teleqraf.com xəbər verir ki, S.İsibanın səhhətində ciddi problem olmadığı qeyd olunub: "Bir neçə gün əvvəl hökumət başçısı soyuqdəyməyə görə özünü pis hiss edib və təcili tibbi yardım çağırmalı olub".
Xatırladaq ki, oktyabrın 1-də Fumio Kisidanın başçılıq etdiyi Yaponiya Nazirlər Kabineti istefa verib. Bundan sonra ölkənin keçmiş müdafiə naziri Siqeru İsiba yeni hökumət başçısı seçilib.