12 Noyabr 19:16
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə bir qadın tədris zamanı qızını tətilə apardığına görə mühakimə oluna bilər.

Teleqraf.com "Mirror"a istinadən xəbər verir ki, səkkiz yaşlı qızın anası Natali Sonders onu dərs ili ərzində Türkiyəyə tətilə apardıqdan sonra cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu barədə Qərbi Susseksin yerli hakimiyyət orqanları məlumat yayıb.

Qadın 60 funt sterlinq cərimə ilə nəticələnə biləcəyini bilə-bilə qızını məktəbdən çıxarıb. Lakin onun sözlərinə görə, cərimə bildirişi poçtda itib. Buna baxmayaraq, britaniyalı qadın bunun pulunu ödəmək istəsə də, pul ona qaytarılıb.

Natali indi 1000 funt-sterlinqə qədər cərimə və 1996-cı ildə qəbul edilmiş Təhsil Aktını pozduğuna görə potensial cinayət rekordu ilə üzləşir. Bu qanunda qeyd olunur ki, məktəbdə qeydiyyatdan keçmiş şagird olan məcburi məktəb yaşındakı uşaq müntəzəm olaraq məktəbə getmirsə, valideyn günahkardır.


Müəllif: Ruslan

Oxşar xəbərlər