Son sutka ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağı və Livanda 50 radikal hədəfə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, hücuma məruz qalan obyektlər arasında raket buraxılış qurğuları, silah anbarları və hərbi obyektlərin olduğu qeyd edilir.
Açqılamada bildirilir ki, hazırda İsrail qoşunları Qəzza zolağında və Livanın cənubunda əməliyyatları davam etdirir. Xüsusilə, Fələstin anklavının şimalındakı Cəbəliyyədə son 24 saat ərzində İsrail hərbçiləri qarşı tərəfdən onlarla şəxsi öldürüb, bir neçə hədəfi məhv edib.