9 Noyabr 18:32
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada yerli istehsalçılar ABŞ və Çinlə rəqabət aparmaqda çətinlik yaşadıqlarından fabriklər bağlanmağa davam edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın sənaye naziri-nümayəndəsi Mark Ferraçi məlumat verib.

“Çətinliklə üzləşən müəssisələr var. Yaxın həftələrdə və ya aylarda istehsal müəssisələrinin bağlanması ilə bağlı yeni açıqlamalar istisna oluna bilməz”, - diplomat etiraf edib.

Söhbət ilk növbədə kimya sənayesi, metallurgiya və maşınqayırma müəssisələrindən gedir. Ferraçi qeyd edir ki, fransızlar üçün burada çinlilər və amerikalılarla rəqabət aparmaq çətindir, çünki Çin və ABŞ bu sənayeləri aktiv şəkildə subsidiyalaşdırır.

Nazir xəbərdarlıq edib ki, minlərlə insan işini itirmək riski altındadır.


Müəllif: Arzu

Oxşar xəbərlər