Abxaziya müxalifəti prezident Aslan Bjaniyanın ölkədən qaçdığını elan edib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “D News Abkhazia” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, prezidentin qaçdığını müxalifət liderlərindən biri, Abxaziya qəhrəmanı Levan Mika deyib.
Onun sözlərinə görə, dövlət başçısının harada olduğu məlum deyil.
“Biz Bjaniyanın hara, hansı istiqamətə getdiyini deyə biləcək insanları tapa bilmirik” - Mika deyib.
O, əlavə edib ki, iqtidarla müxalifət arasında danışıqlar dayandırılıb. Prezident səhərə qədər əlaqə saxlamasa, onun istefası məsələsinə parlamentdə baxılacaq.