Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Ukraynada silah istehsalını maliyyələşdirmək üçün təkcə dondurulmuş Rusiya aktivlərinə investisiyadan əldə edilən dividendlərdən deyil, həm də Rusiyanın aktivlərindən istifadə etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin saytında məlumat verilib.
Borrel vurğulayıb ki, 2022-ci ildən Ukraynanın müdafiə sənayesi 18 dəfə artıb. Onun fikrincə, Avropa İttifaqı həm dondurulmuş aktivlərdən əldə olunan 300 milyard avronu, həm də Rusiya aktivlərini Kiyevə köçürməlidir.