14:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan mediasına görə, Dehli Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarükünə başlayıb.

Teleqraf.com xəbər verir ki, “Hraparak” bu məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərib.

Qurumun sözçüsü Aram Torosyan məlumatı nə təsdiq, nə də təkzib edib.

“Hərbi-texniki əməkdaşlığa gəlincə, xahiş edirəm, yalnız Ermənistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlığa dair rəsmi mesajları, o cümlədən səlahiyyətli şəxslərin bəyanatlarını əsas götürəsiniz”, - sözçü nəşrə belə deyib.

Ermənistan MN ötən gün xarici və yerli KİV-lərdə silahların alınması, o cümlədən bu yöndə danışıqlarının təfərrüatları ilə bağlı həqiqətə uyğun olmayan bir sıra materiallar dərc olunduğunu açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər