11 Mart 2015 23:51
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamerunda “Boko Haram” terror təşkilatından qaçan 80 uşaq keçmişlərini xatırlamır.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Milli Demokratiya İnstitutunun nümayəndəsi Xristofer Fomuno açıqlama verib.

Onun sözlərinə görə, terrorçular ötən ilin sonunda qaçırılan 5-18 yaşda olan uşaqları gərgin vəziyyətdə saxlayıb və onlara öz ideologiyalarını öyrədib: “Onlar öz valideynlərini, qohumlarını tanımırlar. Hətta onlar öz adlarını belə unudublar. Bunun necə baş verdiyini araşdırmağa çalışırıq”.

Samir


Müəllif:

Oxşar xəbərlər