15 Mart 2018 17:21
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa da Böyük Britaniya və Kanada kimi sabiq rus casusu Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində Rusiyanı ittiham edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron açıqlama verib.

O bildirib ki, məsələ ilə bağlı yaxın günlərdə lazımı tədbirlər görüləcək.

Makron Fransanın bu cür hücumları qınadığını bildirib. O qeyd edib ki, məsələni İngiltərə baş naziri Tereza Mey ilə telefon vasitəsilə müzakirə edib.


Müəllif: Samir

Oxşar xəbərlər