20 May 18:24
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Rusiyaya qarşı müharibədə qələbəsi mümkün deyil.

Teleqraf.com xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib.

“Bu müharibənin davam etdiyi hər gün Ukrayna, Rusiya və hamımız üçün fəlakətlidir. Bu, istər-istəməz münaqişənin bütün tərəflərinə, istər Avropa, istər ABŞ, istərsə də dünyanın digər yerlərində seçkilərə təsir göstərir”, - dövlət başçısı bildirb.

Radev hesab edir ki, Ukraynanın qələbəsi münaqişənin həll yolu deyil:

“Müharibənin davam etməsi və Rusiya üzərində mümkün olmayan qələbəni yeganə mümkün həll yolu kimi təqdim etmək qəbuledilməzdir”.

Onun fikrincə, Rusiya ilə Ukrayna arasında münaqişənin Avropaya yayılması son dərəcə təhlükəlidir.

Radev əlavə edib ki, müharibə davam edərsə, Ukrayna infrastrukturu, sənayesi, istehsalı dağılacaq, demoqrafik cəhətdən məhv olmuş ölkəyə çevriləcək, bunun bütün Avropa üçün son dərəcə ağır nəticələri olacaq.

Eyni zamanda, Bolqarıstan lideri silah tədarükü yox, sülh üçün siyasi səylər göstərməyə çağırıb: “Silahla, silahsız - eyni nəticəyə gedirik. Bunu dərk etməliyik. Fərq minlərlə insan tələfatı və yenidən qurmaq üçün bədəlini ödəməli olacağımız dağıdılmış ölkə olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər