20 May 13:43
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənnilər Türkan Vəlizadə ilə həmkarı Vəfa Şərifova arasında qalmaqal baş verib.

Teleqraf.com xəbər verir ki, Türkan Vəlizadə “TikTok” platformasında ad çəkmədən Vəfa Şərifovanın ünvanına bu sözləri deyib: “Fanatlar, sizin başınızın üstündə dayanan böyüyünüz var, özünü böyük kimi aparanın nəfəsini kəsərəm. Bu mahnının möhürünü mən vurdum. Sonra aləm bir-birinə dəydi".

Daha sonra Vəfa Şərifova isə “İnstaqram” hesabında video paylaşaraq Türkan Vəlizadəyə cavab verib:

"Bir ildən çoxdur ki, bu insanlar “Story”lər çəkərək, “TikTok”da canlı yayım açaraq mənə söz atırlar. Ümumiyyətlə, elə mövzu yoxdur ki, buna toxunmasınlar. Məsələn, mən kəndçi qızıyam, bunlar şəhərli qızlar, onlar müasir, mən müasir deyiləm. Onlar dəblə geyinirlər, mən yox. Danışığım, gülüşüm, oxumağım, mahnılarım və sair elə mövzu yoxdur ki, ona toxunmasınlar.

Bəsdirin! Niyə əl çəkmirsiniz? Özünüzü gülünc vəziyyətinə qoyursunuz? Mən susduqca, siz biraz da üstümə gəlirsiniz. Bu gündən sonra mənə hansınız söz atsanız, ağzınızı açsanız, səhifəmin “Story” bölümündə paylaşacam ki, insanlar davakarın kim olduğunu görsünlər.

Mahnının möhürünü vurmusan, çox gözəl, təbrik edirəm. Amma hələ də “TikTok”da canlı yayım açıb, o, kasıb insanların hədiyyəsinə möhtacsan. Bilirsən, niyə? Çünki o qazancın haram yolladır. Çünki mənim haqqıma girmisən. O haqla da qazandığın pulun bərəkəti heç bir zaman olmayacaq".

Qeyd edək ki, "Ceyrana bax, ceyrana" mahnısını hər iki ifaçı ifa edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər