20 May 14:58
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslahatçı qanadın iyulda İranda keçiriləcək prezident seçkilərində uğur qazanacağını söyləmək çətindir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İranda təxminən iki ay sonra prezident seçkisi keçiriləcək. Mühafizəkarlar öz tərəfdarlarından birini bu kürsüyə seçilməsinə çalışacaqlar. Ali dini lider Əli Xameneyi də İbrahim Rəisini əvəzləyəcək şəxsin mühafizəkarların düşərgəsindən olmasını istəyəcək. İranda son prezident seçkisi səs verənlərin sayının xeyli azalmasıyla müşahidə olunmuşdu. “İslahatçılar” adlandırılan qrupun seçkidə uğur qazanacağını söyləmək çətindir. Mühafizəkarlar İsrailin obrazında “xarici düşmən”lə mübarizə fonunda mövqelərini əllərindən verməməyə çalışacaqlar”, - ekspert bildirib.

Elxan Şahinoğlunun fikrincə, İran prezidentinin ölümü ilə yadda qalan helikopter qəzası ilə bağlı müzakirələr illərlə davam edəcək:

“Helikopter qəzasına hava şəraiti səbəb olub” deyilsə də, sui-qəsd nəzəriyyələrindən qurtulmaq mümkün olmayacaq. Çünki insanlar adətən maraqlı versiyalara inanmağa həvəslidirlər. Yaxın-uzaq tarixdə təyyarə və helikopter qəzaslarında həlak olan dövlət liderləri və tanınmış siyasətçilər olub, indiyədək onların ölümlərinin təsadüfi olmadığını söyləyənlər və araşdıranlar var.

ABŞ-nin keçmiş prezidenti Con Kennedi 1963-cü ildə Texasda avtomobili ilə görüşə gedərkən snayper atəşi ilə qətlə yetirilmişdi. Üstündən 60 il keçib, Kennedinin ölümünə böyük qüvvələrin qərar verdiyi müzakirələri bu günər qədər səngimək bilmir. İndi İbrahim Rəisinin həlak olması ətrafında illər boyu müzakirələr səngiməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər