20 May 16:01
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün erməni kilsəsi bu təlxəyin – Baqrat Qalstanyanın davranışlarına görə məsuliyyət daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan deyib.

Onun sözlərinə görə, revanşist keşiş insanların onun arxasınca gəlməmələrinə görə qəzəblənib.

“İstədiyiniz qədər çirkinliyinizlə, pozğunluğunuzla insanları günahlandırın. Bütün bunları səssizcə izləyən yepiskop zümrəsi, din və kilsə xadimləri bu ağlını itirmiş təlxəyin addımları, ifadələri və hərəkətlərinə görə məsuliyyəti bölüşürlər”, - Babacanyan bildirib.

Baqrat Qalstanyan dünən söz verib ki, bir daha heç kimə ona dəstək üçün müraciət etməyəcək. Revanşist keşiş bununla uğursuzluğunu etiraf etməli olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər