20 May 16:43
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili avropalı siyasətçilərin “Xarici təsirin şəffaflığı haqqında” qanunu ilə bağlı mövqelərini riyakar hesab edir.

Teleqraf.com xəbər verir ki, spiker Qərb dövlətlərinin Gürcüstandan əvvəl belə bir qanun qəbul etdiklərini xatırladıb.

Papuaşvili bildirib ki, avropalı siyasətçilər sözügedən qanun layihəsini öz ölkələri üçün faydalı hesab etsələr də, bunun Gürcüstanda qəbul edilməsinin əleyhinədirlər.

Spiker xatırladıb ki, Avropa Birliyinin özü xarici təsirin şəffaflığına dair vahid direktiv hazırlayıb.

“Ursula fon der Leyen Avropa Komissiyasının prezidentidir, Avropa Birliyində xarici təsirin şəffaflığına dair vahid direktiv məhz Avropa Komissiyasının təşəbbüsüdür. Gürcüstana qarşı bu ikiüzlü mövqe Avropa Birliyində direktivin hazırlanmasında özünü göstərir. Fransa, Britaniya və ABŞ də bu məsələni həll ediblər, bir çox ölkələr də buna bənzər tədbirlər görüblər. Ətrafımızda baş verənləri görürsünüz. Gürcüstanda təhlükəsiz atmosferi saxlamaq üçün gürcü xalqına istənilən xarici təsir aydın olmalıdır”, - Papuaşvili qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər