20 May 15:16
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı analitik Kayl Beyli İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterdə qəza zamanı ciddi idarəetmə probleminin ola biləcəyini iddia edir.

Teleqraf.com xəbər verir ki, analitik olay baş verərkən pilotun “fövqəladə hal çağırışı” (mayday) etmədiyini bildirib.

“Əgər helikopter uçuşun ortasında ciddi texniki problemlə üzləşirsə, pilotun birinci vəzifəsi təyyarəni idarə etməkdir və rabitə ikinci plana keçir. Amma biz əsasən heç bir əlaqə görmədik, yəqin pilot vertolyotu endirməyə və ya havada saxlamağa fokuslanıb. Vertolyot iki hissədən ibarət olduğundan, quyruq rotorunun böyük ehtimalla kəsildiyi görünür, bu, əsas rotor qanadının quyruğa dəyməsinin nəticəsi ola bilər”, - Beyli deyib.

Ekspert başqa bir ehtimalın quyruq rotorunun nasazlığı olduğunu vurğulayıb: “Buna pilotun helikopteri endirmək üçün manevr edərkən aerodinamik qüvvə və ya ola bilsin, texniki problem səbəb ola bilər. Helikopterin saat əqrəbinin 360 dərəcə və ya əksinə fırlandığı bir spiralvari hərəkətini görsək, bu, quyruq rotorunun sıradan çıxdığı və idarəetmədən kənar olduğunu göstərə bilər”.

Onun sözlərinə görə, ölümlə nəticələnən qəzaya əlverişsiz hava şəraiti və dağlıq ərazinin səbəb olması da mümkündür.

Digər tərəfdən, beynəlxalq media qurumları İrana tətbiq edilən sanksiyalara görə bu cür texnikaların ehtiyat hissələri və təmirinin çətinləşdiyinə diqqət çəkirlər.

Rəisi və nümayəndə heyətini daşıyan helikopterin ABŞ istehsalı “Bell 212” olduğu bəlli olub.

1960-cı illərin sonlarında indi “Bell Textron” kimi tanınan şirkət tərəfindən hazırlanan vertolyotun yeni dizaynı iki turboşaftlı mühərrikdən ibarət idi, bununla daşıma qabiliyyəti artırılmışdı.

ABŞ-nin hərbi sənədlərinə görə, helikopter 1971-ci ildə təqdim edilib, həm Amerika, həm də Kanada tərəfindən istifadə edilməyə başlanıb.

Texnika yanğınsöndürmə avadanlığı və yük daşımaq və silah quraşdırmaq üçün nəzərdə tutulub. Helikopter sonradan pilot da daxil olmaqla 15 nəfəri daşımaq üçün yenidən dizayn edilib.

“Bell 212”-nin ən son ölümcül qəzası 2023-cü ilin sentyabrında Birləşmiş Ərəb Əmirlikləri sahillərində baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər