20 May 17:08
2 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Salam Sarvan səhhətindən danışıb.

Teleqraf.com-a açıqlamasında o, vəziyyətinin yaxşı olduğunu deyib: "Səhhətim yaxşıdır. Üç gün öncə əməliyyatdan çıxmışam. Xəstəxanadayam və səhhətimdə bərpa prosesi gedir. Yəqin ki, 10-15 gün xəstəxanada qalacam".

Salam Sarvan onu da qeyd edib ki, xəstəxanada bütün dostları onu ziyarət edib.

Xatırladaq ki, Salam Sarvanın qaraciyərində şiş aşkarlanmışdı. O, Mərkəzi Gömrük Hospitalında 10 saatlıq ağır əməliyyat keçirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər