20 May 16:34
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Xarkov da daxil olmaqla Rusiya ərazisinə hücumlara görə Ukraynaya daha çox hərbi yardım göstərməlidir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müavini Viktoriya Nuland deyib.

Kremli münaqişəni qızışdırmaqda ittiham edən sabiq rəsmi səhvən Ukraynanın Xarkov vilayətini “Rusiyanın ikinci böyük şəhəri” adlandırıb.

“İndi Rusiya silahlı qüvvələri Xarkovda hücum həyata keçirir. Ona görə də hesab edirəm ki, ukraynalılara Rusiyanın daxilindəki ərazilərə hücum etmək üçün daha çox yardım göstərməyimizin vaxtı çatıb”, – Nuland bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər