20 May 16:26
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran təyyarə qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə Rusiya rəsmilərini dəvət etməyib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Dəfn adət-ənənələrini bilirsiniz, beynəlxalq nümayəndələrin iştirakı ilə belə mərasimlər keçirmirlər, ona görə də iranlı dostlarımızdan bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur”, - Peskov deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin gecə yarısı İran səfiri Kazım Cəlali ilə görüşüb və helikopterin qəzaya uğramasından sonra həyata keçirilən xilasetmə əməliyyatına kömək etmək üçün xüsusi komandanın göndərilməsi barədə operativ göstəriş verib.

Peskov Rusiya Fövqəladə Hallar Nazirliyi ilə Müdafiə Nazirliyi arasında sıx əməkdaşlığa işarə edərək əlavə edib ki, Rusiya tərəfi Ermənistandan iki helikopteri İrana göndərməyə hazır idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər