20 May 22:58
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda davam edən güləş üzrə U-23 Avropa çempionatında Azərbaycanın 2 yunan-Roma güləşçisi finala yüksəlib.

Teleqraf.com xəbər verir ki, Ziya Babaşov (63 kq) və Həsən Həsənli (77 kq) həlledici mərhələyə vəsiqə qazanıblar.

Rəşad Məmmədov (55 kq) isə yarımfinalda məğlub olduğu üçün bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da yekunlaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər