Teleqraf.com "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bu gün Ramazan bayramı namazı üçün İstanbulda Ataşehirdəki "Memar Sinan" məscidinə gedən prezident huşunu itirib.
Məscidə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsindən sonra R. T. Ərdoğan özünə gəlib.
Məscidin çıxışında açıqlama verən Ərdoğan artıq özünə gəldiyini bildirib:
"Bu gün xüsusilə şəkərlə əlaqədar təzyiqim oynadı. Həmd olsun, tez keçdi. Artıq özümü yaxşı hiss edirəm".