Report-un xəbərinə görə, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.
Belə ki, həmin ərazidə "Ford" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
"VAZ-2107" markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.
Qəza nəticəsində daha 3 nəfər xəsarət alıb. Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Xəsarət alan şəxslərin hamsı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir.