Rusiya Xəzər dənizində Xəzər donanmasının hərbi hissələri və gəmiləri hərbi hazırlığın yoxlanılması üzrə təlimlər həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib. O bildirib ki, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanması həyəcan siqnalı ilə qaldırılıb.
Təlimlərə 1500 hərbçi, 20-dən çox hərbi və təminat gəmiləri, 200 ədəd hərbi və xüsusi texnika cəlb edilib.
Təlimin gedişatında döyüş gəmilərinin ekipajları yüksək dərəcəli döyüş hazırlığı siqnalı aldıqdan sonra dənizə çıxış və silah tətbiq etməyə hazırlığı sınaqdan keçiriblər. Hava hücumundan müdafiə və baza yerlərinin maskirovkası üzrə də təlimlər olub.