17 Noyabr 2017 19:42
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları Yəməndə dinc insanların ölümünə səbəb olub.

Teleqraf.com-un məlumatına görə, hava hücumları nəticəsində Yəmənin şimal-qərbində 15 dinc sakin həlak olub.

Vilayətdəki mənbə hava hücumlarının ticarət mərkəzinə endirildiyini bildirib. Ölənlərin həmin vaxt ticarət mərkəzində olan satıcı və alıcılar olduğu bildirilir.

Aviazərbələr nəticəsində ticarət mərkəzinə də ciddi maddi ziyan dəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər