Türkiyənin Konya və Antalya şəhərlərində geniş antiterror əməliyyatı keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Konya və Antalya prokurorluqları məlumat yayıb.
58 yaşayış məntəqəsində keçirilən əməliyyat zamanı 135 nəfər saxlanılıb.
Onlara qarşı terror təşkilatına üzv olma maddəsi ilə ittiham irəli sürülüb.