ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində “Highline” kollecində silahlı insident olub.
Teleqraf.com "RİA.ru"ya istinadən xəbər verir ki, atışma kollecin yataqxanasında qeydə alındığı bildirilir.
Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisənin təfərrüatı açıqlanmır.
Kent dairəsinin polis idarəsinin "Tvitter" səhifəsində məlumatın doğru olmadığı bildirilir.
Qeyd edək ki, fevralın 14-də Florida ştatının Parkland şəhərində məktəbə edilən hücum nəticəsində 17 nəfər həyatını itirib.