27 Aprel 13:39
3 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rasim Balayevi çox sevirəm. O da mənim xətrimi çox istəyir, çox saf insandır. Hörmətli "podkast" əhli onu manipulasiya etməyin, yönləndirməyin, alət etməyin".

Teleqraf.com xəbər verir ki, bu sözləri aktyor Azər Aydəmir Rasim Balayevin İTV-də yayımlanan "Alatava" serialını tənqid etməsinə münasibət bildirərkən sosial media hesabında yazıb:

"Rasim müəllimin yanında daima olan insanlardan isə xahiş edirəm ki, sənətkarla bir rahat yerdə əyləşib, pürrəngi çay sifariş edib, müəllimə "Alatava" serialını göstərsinlər. Üç seriyaya maksimum iki saat 50 dəqiqə vaxt gedəcək və söhbət dərhal bağlanacaq. Rasim müəllimin köməkçisinə isə demək istəyirəm ki, canlı əfsanəni görmək istəyən, ondan müsahibə almaq istəyən minlərlə adam zəng edə bilər. Sən də barı "yox" deməyi bacar".

Qeyd edək ki, serialda baş rolları Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Azər Aydəmir, Vüqar Əhmədzadə və Rumiyə Ağayeva canlandırır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər