2023-cü ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consona deyib ki, Amerikanın dəstəyi olmasa, Kiyev aprel aylarına qədər təslim olar.
Teleqraf.com xəbər verir ki, bundan sonra spiker Ukraynaya yardım haqqında qanun layihəsinin ABŞ Nümayəndələr Palatasından keçməsinə kömək etmək qərarına gəlib.
Aprelin 26-da Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri yeni briqadalar formalaşdırır, lakin Qərb texnikası təchizatına ehtiyac duyur.
Həmin gün Ukrayna Prezidenti bildirib ki, Qərbin Kiyevə yardımı, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə hava hücumundan müdafiə sistemlərinin göndərilməsi Ukrayna qoşunlarına cəbhəni sabitləşdirməyə kömək edəcək.
Bundan əvvəl Pentaqon Ukraynanın Rusiyanı məğlub edə biləcəyi sualına cavab verməkdən yayınmışdı.