Heç bir güc Qüds sevgisini ürəyimizdən silə bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Qüdsün qədim kimliyi İsrail tərəfindən addım-addım məhv edilir. Müasir dövrün fironlarını görmək istəyənlər uzağa getməməlidir. Son 203 gündə 35 min fələstinlini vəhşicəsinə qətlə yetirənlərə baxmalıdırlar. İndiki Hitler və Nasistlər Qəzzada 15 mindən çox uşağı öldürən qatillərdir. Özündən əvvəlki qatillər kimi Netanyahu da adını tarixə biabırçı şəkildə Qəzza qəssabı kimi yazdı", - Ərdoğan vurğulayıb.